5 İyul 2015 11:05
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Amerika kubokunun qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, final matçında Çili və Argentina yığmaları üz-üzə gəlib.

Çili doğma azarkeşləri önündə turnirin fəxri kubokuna sahib çıxmaq niyyətində idi. Lakin Amerika kubokunun favoritlərindən olan Argentina yığmasının buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilirdi.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan Çili yığması Amerika kubokuna sahib çıxıb - 4:1.

Qeyd edək ki, dünən Peru Paraqvayı 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medallarına yiyələnib.

4 iyul

Amerika kuboku

Çili - Argentina - 0:0 (Penaltilər seriyası - 4:1)

Penaltilər seriyası:

Çili: + + + +

Argentina: + - -


Müəllif: