5 İyul 2015 17:21
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter Fransanın keçmiş prezidenti Nikola Sarkozini və Almaniyanın keçmiş prezidenti Kristian Vulfu FİFA-ya təzyiq etməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, Blatter bunu "Welt am Sonntag" jurnalına müsahibəsində deyib. Müsahibə bu gün dərc edilib. Blatterin sözlərinə görə, keçmiş prezidentlər xüsusilə 2018 və 2022-ci illərdə dünya çempionatının harada keçirilməsinin təyin edilməsi ərəfəsində "siyasi təzyiq göstəriblər".

"Cənab Sarkozi və Vulf səsvermə zamanı öz nümayəndələrinə təzyiq görstərməyə çalışıblar. Bax buna görə indi bizim Qətərdə keçirilən dünya çempionatımız var", - deyən Blatter əlavə edib ki, alman nümayəndəliyi Vulfun məsləhəti ilə "iqtisadi maraqlara görə Qətərə səs verib". Amma bütün bu qalmaqallara baxmayaraq, FİFA prezidenti öz mövqeyində və əməllərində əmindir. O, öz fikrini belə izah edib: "Hər insan nədənsə ehtiyat edir, amma mənim FİFA-dakı işimlə bağlı qorxacaq heç nəyim yoxdur."

Xatırladaq ki, Yozaf Blatter bu il mayın 29-da 5-ci müddətə FİFA prezidenti seçilsə də, seçkidən bir neçə gün sonra - iyunun 2-də istefa verib. Lakin o, dekabrda növbədən kənar toplantı keçrilənə qədər öz vəzifəsini icra edəcək. Həmin toplantıda FİFA-nın yeni prezidenti seçiləcək. Onu da əlavə edək ki, Yozef Blatterin istefa verməsinə səbəb rüşvət qalmaqalı olub. Hətta bununla bağlı ABŞ hakimiyyəti qurumun Sürixdə bir neçə fəal üzvünü də həbs edib. Onların əksəriyyəti ölkələrin Futbol Federasiyalarının prezidentləridir.


Müəllif: