6 İyul 2015 00:07
457

Avropa Liqasının “Qəbələ” – “Dinamo” (Tiflis) matçını televiziya vasitəsi ilə canlı izləmək mümkün olacaq.

Qarşılaşmanı "İdman Azərbaycan" kanalı efirə verəcək.

Oyun iyulun 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 21.00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında iyulun 2-də Tiflisdə baş tutmuş oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: