6 İyul 2015 11:52

Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlanın yeni klubu müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, karyerasını ölkəsinin "Penyarol" klubunda davam etdirəcək.

O, yeni komandasında 10 nömrəli forma geyinəcək.

Qeyd edək ki, D.Forlan futbolçu karyerası ərzində "Mançester Yunayted", "Vilyareal", "Atletiko" (Madrid), "İnter" kimi Avropa klublarında oynayıb.


Müəllif:
Загрузка...