6 İyul 2015 14:10

Məşhur futbolçu Emmanuel Adebayor şəhadət gətirərək müsəlman olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Tottenham" klubunun ulduz futbolçusu ölkəsi Toqoda qatıldığı tədbirdə müsəlmanlığı qəbul edib.

31 yaşlı futbolçunun şəhadət gətirdiyi anlar mobil telefon kamerasıyla qeydə alınıb.

Adebayorun İslamı seçməsi, "Tottenham" azarkeş forumlarında əks-səda tapdı. Azarkeşlərdən bəziləri, Adebayorun orucunu daha rahat saxlamaq üçün başqa komandaya getmək istədiyə biləcəyini ifadə edib.

Adebayor "Metz", "Monaco", "Arsenal", "Manchester City" və "Real Madrid" klublarında oynayıb və 2012-ci ildə "Tottenham"a transfer olunub.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif:
Загрузка...