6 İyul 2015 15:57
1 183

Şimal Regional Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən 4-6 yaşlı uşaqların məşq etdiyi “Sunami” uşaq Futbol Klubunun (FK) fəaliyyətə başlamasından bir il ötür.

Teleqraf.com-un xəbərinə görə, Sumqayıtda fəaliyyət göstərən “Sunami” Azərbaycanda yeganə məktəbdir ki, 4-6 yaşlı uşaqlara futbolun sirlərini öyrədir. Məktəbdə 45 dəq məşq edən azyaşlı futbolçular, daha sonra isə 15 dəqiqə futbol oynayırlar. Həftədə 3 dəfə məşq edilir. “Sunami” FK-nın baş məşqçisi Tağı Məmmədov, köməkçisi Emin Hüseynov, qapıçılar üzrə məşqçi isə İsmayıl Kərimovdur.

Layihə ilə bağlı danışan baş məşqçi Tağı Məmmədovun sözlərinə görə, Azərbaycanda ilk və yeganə məktəbdir ki, bu yaş qrupunda uşaqlara futbol dərsi keçilir: “Bilirsiniz ki, futbola nə qədər tez başlanılsa, bir o qədər yaxşı olar. Təsəvvür edin ki, 4-5 yaşından məşq edən uşaq 12 yaşında hansı səviyyədə olacaq. Yəni 8 və ya 10 yaşında futbola gələnlərlə 4-5 yaşında məşqə başlayan uşaqlar arasında ciddi fərqlər olacaq. Uşaqların dünyagörüşünün formalaması da diqqətimizdən kənarda qalmır. Mütəmadi olaraq yoldaşlıq oyunları keçiririk. Digər maraqlı layihələrimiz də var. Çalışırıq ki, Azərbaycanda futbolun inkişafına töhvə verək, güclü futbolçular yetişdirək”.

Klub uşaqların açılışması, dünyagörüşünün artması istiqamətində də iş aparır. Bu məqsədlə mütəmadi olaraq yoldaşlıq görüşləri də keçirilir. Belə oyunlardan biri də Şamaxıda baş tutub.

Şamaxıda əylənci xarakterli görüşdə “Sunami”nin heyətində Əli Bayramov, Əkbər İbrahimli, Zakir Hüseynov, Fərid Əhmədov, Əli Həsənli, Ramazan Abışov, Aslan Qurbanlı, Nurlan Quluzadə, Hüseyn Kərimov, Əli İsrafilov, Ülvi Balaşov və Ramal Quliyev çıxış ediblər.


Müəllif: