8 İyul 2015 00:50
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın futbolçulardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatında yeni rekord müəyyənləşib.

Mundialın finalında baş tutan ABŞ - Yaponiya matçını televiziyadan 25,4 milyon azarkeş izləyib.

Həmin qarşılaşma ABŞ tarixinin ən çox izlənilən futbol matçı olub. Buna qədər Amerikada "DÇ-2014"ün qrup mərhələsində keçirilən ABŞ - Portuqaliya matçı (2:2) ən çox izlənilən oyunlar siyahısına başçılıq edirdi. Həmin görüşü televiziyadan 18,2 milyon azarkeş izləmişdi.

Qeyd edək ki, finalda Yaponiyanı 5:2 hesabı ilə məğlub edən ABŞ yığması tarixində üçüncü dəfə fəxri kuboka yiyələnib.


Müəllif: