8 İyul 2015 01:52
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA superkuboku çərçivəsində keçiriləcək "Barselona" - "Sevilya" matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tiflisdə keçiriləcək oyun şotlandiyalı referiyə tapşırılıb.

Görüşün baş hakimi Uilyam Kollum olacaq. Ona həmyerlisi Frensis Konnor və irlandiyalı laysman Damyen Makqreyt köməklik edəcək. Qrem Çembers isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Barselona" - "Sevilya" oyunu avqustun 11-də, Tiflisin "Boris Payçadze" adına "Dinamo" stadionunda keçiriləcəl.


Müəllif: