8 İyul 2015 12:01
300

İtaliya yığma komandasının hücumçusu Simon Zaza “Yuventus” klubuna transfer olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Turin klubu Zazanın hazırkı komandası “Susuolo”ya 18 milyon avro ödəməli olub. 24 yaşlı hücumçu “Yuventus”la 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Zaza İtaliya çempionatında keçirdiyi 31 oyunda 11 qol vurub.

Samir


Müəllif: