9 İyul 2015 09:19

Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.

Teleqraf.com xəbər verir ki, Bakının “İnter” klubu öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edəcək. Tərəflər ilk oyunda 1:1 hesabı ilə heç-heçəyə imza atıblar.

Oyun Bakı vaxtı ilə saat 21:00-da "Şəfa" stadionunda keçiriləcək.

Digər oyun "Qəbələ" klubu ilə Gürcüstan “Dinamo”su arasında Qəbələ şəhər stadionunda baş tutacaq. Qeyd edək ki, klubumuz səfərdə baş tutan ilk oyunda 1:2 hesabı ilə məğlub olub.

Bakının "Neftçi" klubu da növbəti oyununu keçirəcək. Monteqronun “Mladost” klubu ilə cavab qarşılaşması Bakı vaxtı ilə 23:30-da başlayacaq. Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərbarəlik qeyd alınıb.

Samir


Müəllif:
Загрузка...