10 İyul 2015 14:31

Arda Turanın "Barselona"ya keçidi rəsmiləşib.

Publika.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Nou Kamp"da təşkil olunan təqdimetmə mərasimində türk yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubunda 6 nömrəli formanı (Xavinin keçmiş forması) geyinəcək.

Qeyd edək ki, A.Turan ötən mövsüm "Atletiko"da çıxış edib. O, "Barselona"ya verilən transfer cəzası səbəbindən yanvara kimi oynaya bilməyəcək.


Müəllif:
Загрузка...