11 İyul 2015 09:56
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın başlatdığı korrupsiya təhqiqatının bir hissəsi kimi İsveçrənin Sürix şəhərində həbs edilən 7 FIFA rəsmisindən biri Birləşmiş Ştatlara ekstradisiya olunmasına razılıq verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə ekstradisiyaya qarşı çıxan rəsmi bu gün köçürülməyə razılıq verib. İsveçrə rəsmiləri deyir ki, onlar həmin şəxsi nə zaman ABŞ-a veriləcəyinin detalları barədə açıqlama verməyəcək.

İsveçrə qanunlarına əsasən o, 10 gün ərzində Amerika polisi tərəfindən götürülərək Birləşmiş Ştatlara gətirilməlidir.

Mayın 27-si Sürixdə həbs edilən rəsmi ABŞ hüquq-mühafizə orqanları tərəfindən Şimali və Cənubi Amerikada futbol çempionatlarının təşkili üçün 150 milyondan çox rüşvət almaqda ittiham olunur.


Müəllif: