13 İyul 2015 23:15
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi" klubu "Arsenal"a transfer olunan Peter Çexə əvəzləyici tapıb.

London təmsilçisi "Stok Siti"dən Asmir Beqoviçi transfer edib.

28 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Bosniya və Hersoqovina millisinin üzvü "Çelsi"də 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2010-2015-ci illərdə "Stok Siti"nin şərəfini qoruyan Beqoviç komandanın heyətində 171 oyun keçirib.


Müəllif: