14 İyul 2015 09:53
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda bələdiyyənin böyük ərazidə taxıl sahəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki rayonu, Turan qəsəbəsində (rayon mərkəzindən 50 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 250 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı kəndlər yanğından mühafizə olunub.

Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: