14 İyul 2015 11:04

Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Napoli” komandasından Gökhan İnleri transfer etmək istəyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi İnleri dünən komandadan ayrılan Felipe Melonun əvəzləyicisi adlandırıb.

“Napoli” İnler üçün türk klubundan 7 milyon avro istəsə də, “cim-bom” 2,5 milyon avro təklifini irəli sürüb. Hazırda danışıqlar davam edir.

Samir


Müəllif:
Загрузка...