15 İyul 2015 17:36

Xaçmaz rayonunda evlərdən oğurluq edən şəxs cinayət başında yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Mirzəbəyovun evindən 1040 manat pul oğurlamış Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Paşayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Əlfəddin Həmidova, Natiq Babayevə, Mirvari Əsədullayevaya və İqrar İsmayılova məxsus evlərdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...