16 İyul 2015 13:45
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti görüşə çıxır. Roman Qriqorçukun çalışdırdığı komandamız ilk dəfə vəsiqə qazandığı ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandasına qarşı mübarizə aparacaq. İlk oyun səfərdə keçiriləcəyinə görə, Serbiyadan sərfəli nəticə ilə qayıtmaq vacibdir.

"Qəbələ"nin baş məşqçisi Roman Qrioqrçuk oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib:


“Çukariçki" çox ciddi rəqibdir. Rəqib aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malikdilər. Komanda çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Bilirik ki, çox çətin oyun olacaq. Bizim oyun üslubumuz hücum futboludur. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. "Çukariçki" ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq bilirik ki, üstünlük verdiyimiz üslub nəticə verir. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var”.

Qeyd edək ki, təmsilçimiz Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).

Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)

16 iyul

23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ"
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. "Çukariçki" stadionu.

Publika.az


Müəllif: