22 İyul 2015 08:54
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan millisinin baş məşqçisi Serxio Markaryan vəzifəsindən istefa verib.

Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, erməni əsilli uruqvaylı mütəxəssis qərarını komandasının uğursuz çıxışı ilə əlaqələndirib:


"Çətin dövrdə yığmanın baş məşqçi vəzifəsinə gətirildim. Uğur qazanmaq üçün əlimdən gələni etdim. Lakin alınmadı. Komandanın uğursuz nəticələrinə görə hər kəsdən üzr istəyirəm. Eyni zamanda mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, "Avro-2016"nın F qrupunda mübarizə aparan Yunanıstan millisi geridə qalan 6 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb.


Müəllif: