22 İyul 2015 09:58
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" yeni transferi Arda Turan hazırlıq prosesi zamanı sağ ayağından zədələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Türkiyəli yarımmüdafiəçi məşqi yarımçıq qoyub, daha sonra fizioterapevtin rəhbərliyi altında yüngül qaçışla kifayətlənib.

Ardanın zədəsinin ciddi olub-olmadığını müəyyənləşdirmək üçün müayinədən keçəcəyi bildirilir.

"Barselona" ilə 5 illik müqavilə imzalayan Arda 2016-cı ilin yanvarına qədər yeni komandasında rəsmi

görüşlərdə oynaya bilməyəcək.

Rüstəm


Müəllif: