22 İyul 2015 10:30

Ötən keçirdiyi qəza nəticəsində komaya düşən “Formula-1” yarışlarının pilotu Jül Byanki dünyasını dəyişib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Marusya” komandasının 25 yaşlı pilotu 9 aydır ki, komada idi. Gənc Jülin ölümü haqda məlumatı onun ailəsi verib:

“Dərin hüznlə bildirmək istəyirik ki, Jül Nitsedəki xəstəxanada dünyasını dəyişdi. O, sonadək mübarizə apardı, ancaq bu gün həyatla vidalaşdı”.

Qeyd edək ki, qəza ötən ilin oktyabrında Yaponiyada baş vermişdi.

Rüstəm


Müəllif:
Загрузка...