18 Aprel 2014 12:31
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım haqqında dünən məhkəmə qərarı verilib.

Teleqraf.com xəbər verir ki, Yıldırımın apelyasiya şikayəti prokurorluq tərəfindən rədd edilib. Verilən qərara əsasən Yıldırım həbsə girəcək.

Aziz Yılıdırmın vəklili Abdullah Kaya mətbuata açıqlama verib. Vəkil Yıldırımın istintaq sənədlərinin hələ prokurorda olduğunu deyib. Bu səbəblə xəbərlərin nəyə əsaslanaraq verildiyini bilmədiklərini bildirib. Həmçinin, vəkil proseslərin inkişafını izlədiklərini söyləyib.

Prokuror “Fənərbaxça”nın rəhbəri Aziz Yıldırımı “oyun alqı-satqısı, təşviq və rüşvət vermək, təşkilat qurmaq”da günahlandırıb.

Aziz Yıldırım qanunsuz qruplaşma qurduğuna görə, 2 il 6 ay, oyun alqı-satqısı və stimullaşdırmaya görə 3 il 9 ay həbs cəzası alıb. Ümumilikdə 6 il 3 ay həbs cəzası alan Yıldırım 1 milyon lirə cərimə olunub. “Fənərbaxça” prezidenti cəzasını icbari olaraq çəkəcəyindən azadlığa buraxılıb.

Onunla yanaşı Peker, İlhan Ekşioğlu və Yusuf Turanlı da azad olunub.

Aygün İlqarqızı


Müəllif: