22 İyul 2015 17:02
1 099

İngiltərənin məşhur "Metro" dərgisi "Real"ın forvardı Kriştiano Ronaldo ilə bağlı maraqlı iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı futbolçu gələn ay sabiq komandası "Mançester Yunayted"lə müqavilə imzalayacaq.

Mənbənin məlumatına görə, ingilislər Ronaldo üçün 95 milyon avro ödəməyə hazırdılar.

Bir neçə gün öncə "qırmızı-şeytanlar"ın baş məşqçisi Lui Van Qal bildirib ki, azarkeşlər bu yay sürpriz transferə şahidlik edəcəklər. Həmin transferin məhz Ronaldo ilə bağlı olduğu vurğulanır.

Rüstəm


Müəllif: