23 İyul 2015 01:54

İyulun 22-də "Rəvan” futbol klubunun məşqçi korpusu ilə komanda üzvləri arasında tanışlıq xarakterli görüş olub.

AZƏRTAC xəbər verir ki, klubun Qaraçuxur qəsəbəsində yerləşən bazasında təşkil olunan mərasimdə vitse-prezident İlqar Axundov əsas komandanın çalışdırıcı Emin Quliyevi və onun köməkçiləri – Rövşən Babayevi və Rauf Mehdiyevi kollektivə təqdim edib.

Klub rəhbərliyinin, texniki və inzibati heyətin iştirak etdiyi toplantıda yaxın 3 gün ərzində görüləcək işlərdən söz açılıb. İ.Axundov işlərin intensivləşməsi üçün müvafiq tapşırıqlar verib.


Müəllif:
Загрузка...