23 İyul 2015 21:52
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın baş məşqçisi Rafael Benites komandasının hücumçusu Kriştiano Ronaldo ilə aralarında soyuq münasibət yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan ispaniyalı mütəxəssis Ronaldo ilə heç bir problem yaşamadığını deyib:

"Ronaldo ilə çalışdıqda onun qələbə qazanmağı nə qədər çox sevdiyini görürsən və dünyanın yaxşı futbolçularından biri olduğunu anlayırsan. İstərdim ki, bütün futbolçular işlərinə belə yüksək səviyyədə yanaşsın. Onunla münasibətimə gəlincə, digər oyunçularla Ronaldo arasında heç bir fərq qoymuram. Aramızda heç bir problem yoxdur. Düzdü, insanlar haqqımızda başqa cür danışırlar. Ancaq sizi əmin edirəm ki, aramızda heç bir gərginlik yaşanmayıb. Bütün futbolçularımı dəstəkləyirəm".

Qeyd edək ki, Benitesin məşq üsullarını bəyənməyən və son məşqi yarımçıq tərk edən Ronaldonun "Real"dan ayrılmaq istədiyi bildirilir.


Müəllif: