23 İyul 2015 18:50
459

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo Melburnda komandanın baş məşqçisi Rafael Benitesin köməkçilərinin hər birinə son nəsil mobil telefon hədiyyə edib.

Trend-in “El Mundo” nəşrinə istinadən verdiyi məlumata görə, hazırda “Real” Avstraliya turnesindədir.

Klubun digər əməkdaşları da hədiyyədən kənarda qalmayıblar. 30 yaşlı portuqaliyalı ümumilikdə 20 mobil telefon təqdim edib.

Qeyd edək ki, K.Ronaldo daha əvvəl də klubun məşqçilərinə “Iphone” və “Ipad”lər hədiyyə edib.


Müəllif: