23 İyul 2015 18:42
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara Qarayev “Malaqa”nın düşərgəsinə yollanıb.

Teleqraf.com AFFA-nın saytına istinadən məlumat verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Əlincə” klubunun üzvü Qara Qarayev İspaniyanın “Malaqa” klubunun düşərgəsində 4 aylıq təlim-məşq toplanışı keçirəcək.

Futbolçunun 18 yaşı tamam olduqdan sonra isə onun “Malaqa” klubu ilə müqavilə imzalaması nəzərdə tutulub.

Qeyd edək ki, toplanışın xərcləri AFFA tərəfindən ödəniləcək.


Müəllif: