25 İyul 2015 10:50

Azərbaycanın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya "Seltik"i ilə keçirəcəyi hər iki oyuna bütün təyinatlar müəyyənləşib.

"Report"un məlumatına görə, Qlazqodakı ilk qarşılaşmanı avstriyalı, Bakıdakı cavab görüşünü isə isveçli hakimlər briqadası idarə edəcək.

29 iyul, Qlazqo

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN)

Baş hakim: Robert Şörgenhofer
Yan xətt hakimləri: Mattias Vinsauer, Rixard Hübler
Dördüncü hakim: Dominik Ouşan (hamısı Avstriya)
Hakim-inspektor: Raymond Ellingem (Uels)
UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya)

5 avqust, Bakı

21:30. "Qarabağ" - "Seltik"

Baş hakim: Martin Strömberqsson
Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq
Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Qeyd edək ki, ilk oyun "Seltik Park"da, cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Müəllif:
Загрузка...