25 İyul 2015 19:21
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika məşhur ESPN kanalı futbolun ən nüfuzlu adamlarının reytinq siyahısını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, UEFA prezidenti Mişel Platini bütün rəqiblərini qabaqlayıb. İkinci yerdə məşhur portuqaliyalı agent Jorje Mendeş qərarlaşıb. İngiltərə Premyer Liqasının icraçı direktoru Riçard Skademor üçüncü olub.

"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummeniqqe dördüncü, "Barselona"nın hücumçusu Lionel Messi beşincidi.

İlk "10-luq"da digər yerlərin sahibləri müvafiq olaraq bunlardı:

"Real"ın prezidenti Florentino Peres, PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi, FIFA prezidenti Yozef Blatter, "Real"ın hücumçusu Kriştianu Ronaldo və UEFA-nın baş katibi Canni İnfantino.

Rüstəm


Müəllif: