25 İyul 2015 17:49
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz növbəti mərhələyə yüksəlməyi çox istəyirdik. Çünki bu, klubun tarixində böyük uğur olacaqdı. Məsuliyyəti yaxşı başa düşürdük. Qələbə istəyimiz də böyük idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çukariçki"yə qalib gələrək (2:0) növbəti mərhələyə yüksəldikləri oyunu şərh edərkən deyib.

Komandanın hər iki qolunun müəllifi olan S.Zenyov bildirib:

" Tamamilə matça köklənmişdik. Bu da qələbədə böyük rol oynadı. Sevinirəm ki, komandayla bu uğura nail olduq. Mən dubl etmişəmsə, matçın qəhrəmanı deyiləm. Futbolu 11 nəfər oynayır. Uğur da hamımızın qələbəsidir”.

S.Zenyov növbəti rəqib - Kiprin “Apollon” klubu haqda da fikirlərini bildirib:

“Bununla kifayətlənmək istəmirik. “Apollon”u da keçmək niyyətindəyik. “Çukariçki”dən fərqli, kiprlilər daha çox texnikalı oyuna üstünlük verir. Bu da heyətində braziliyalı və portuqaliyalıların çıxış etməsi ilə bağlıdır. Bizə belə oyun üslublu rəqib daha münasibdir”.


Müəllif: