25 İyul 2015 22:32

Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Ağdam) - "Seltik" (Şotlandiya) oyununun yeri və vaxtı dəqiqləşib.

Teleqraf.com-un məlumatına görə, Bakıda keçiriləcək görüş avqustun 5-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Şotlandiyada keçiriləcək ilk oyun isə iyulun 29-da Bakı vaxtı ilə 23:45-də "Seltic Park" stadionunda reallaşacaq.


Müəllif:
Загрузка...