26 İyul 2015 09:38
319

Koreya Respublikasının Çunçeon şəhərində “Korea Open” beynəlxalq turniri keçirilir. G2 kateqoriyalı beynəlxalq turnirdə taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası da təmsil olunur. Millimiz hazırda Koreya Respublikasındadır.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda reytinq xalları uğrunda 12 idmançımız mübarizəyə qoşulacaq. Məşqçi heyəti turnirə kişi taekvondoçulardan Xanruh Fətullayev (-58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Herçəqanı (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsayevə (+87 kq), qadın idmançılardan isə Təranə Məmmədova (- 46 kq), Partimat Abakarova (-49 kq), Marina Tedeeva (- 62 kq) və Daria Şkurkoya (-62 kq) şans verib.

Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, qadınların baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə yarışda mübarizə aparan komandamız iyulun 28-də Vətənə qayıdacaq.

Lakin qadınlardan ibarət millimiz turnir başa çatandan sonra təlim-məşq toplanışını Koreya Respublikasında davam etdirəcək.


Müəllif: