26 İyul 2015 15:09
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəpəz” – “Kocaeli Birlikspor” yoxlama oyunundan (2:1) sonra Gəncə komandasının baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə görüşlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyundan razı qaldığını bildirib:

“Meydana əsas heyətlə çıxmışdıq. Əvvəlki oyunlardan sonra ilk “11-liy”in üzvlərinin 90 faizini müəyyənləşdirmişdim. Startdan meydana çıxanlar göstərdilər ki, onlar ilk dəqiqələrdən oynamağa layiqdilər. Bərbad hakimlikdən danışmaq istəmirəm. Komandanın 90 dəqiqə vuruşduğunu söyləyə bilərəm. İstədiyim şeylərin cizgilərini gördüm. Düzdür, səhvlərimiz də çoxdur. Ancaq hücum qurmaqda oyundan-oyuna artırırıq.

Müdafiənin etibarlı oynaması da məni sevindirir. Təlim-məşq toplanışında bütün futbolçulara şans verdik və mənə elə gəlir ki, onlar sınaqdan üzüağ çıxdılar”.


Müəllif: