27 İyul 2015 13:54

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubu ilə "Qarabağ" arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, iyulun 29-da Bakı vaxtı ilə saat 23:45-də "Seltik Park"da start götürəcək oyunun biletləri 22 funt sterlinqə (təxminən 35 manat) satılır.

13 yaşadək uşaqlar üçün biletlər 7 funt sterlinq (11 manat), 16 yaşadək olanlar və 65 yaşdan yuxarı insanlar üçün isə 12 funt sterlinq (19 manat) təşkil edir.

Rüstəm


Müəllif:
Загрузка...