27 İyul 2015 15:25
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

24-26 iyul 2015-ci il tarixdə Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, turnirdə iştirak edən qadın pəhləvanlarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

48 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın kapitanı Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

58 kq çəki dərəcəsində yarışlarda Yuliya Ratkeviç ardıcıl olaraq isveçli və türkiyəli rəqibinə tam üstünlüklə qalib gəlsə də, macar rəqibinə məğlub olub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz bolqar və macar rəqiblərinə qalib gələrək bürünc medal qazanıb.

60 kq-da isə İrina Netreba ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək bürünc medal qazanıb.

63 kq-da təmsilçimiz Nadya Muşka da finala qədər inamla irəliləyib. Ancaq finalda rəqibinə məğlub olan idmançımız yarışı gümüş medalla tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.


Müəllif: