28 İyul 2015 08:45

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal futbolçusu Anxel di Mariyanın PSJ-ə ilə razılığa gəldiyi iddialarına münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu transferin baş tutmadığını bildirib. Ancaq buna baxmayaraq, hollandiyalı mütəxəssis argentinalı yarımmüdafiəçinin komandada qalıb-qalmayacağının dəqiqləşmədiyini söyləyib:

"Di Mariyanın komandada qalmasını istəyirəm. Ancaq nə olacağını bilmirəm. Gözləmək məcburiyyətindəyik".


Müəllif:
Загрузка...