28 İyul 2015 09:33
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çempionlar Liqası kimi turnirdə rəqib haqda hər şeyi bildiyinə əmin olmalısan. "Qarabağ"ın Çempionlar Liqasında keçirdiyi oyunları və onların ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "İnter" və "Sent-Etyen"lə keçirdikləri matçların videoyazılarını izləmişik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Seltik"in məşqçisi Con Kollins klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli məşqçi Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" səddini keçəcəklərinə inandığını bildirib: "Qarabağ" Çempionlar Liqası standartlarına uyğun bir komandadır. Onlar səviyyə baxımından əvvəl qarşılaşdığımız "Styarnan" (İslandiya) klubundan daha üstündür. Bu səbəbdən mərhələ keçmək üçün daha yaxşı oynamalıyıq. "Qarabağ" yaxşı komandadır. Ancaq mərhələ keçəcəyimizə inanıram".

Qeyd edək ki, sabah "Seltik Park"da keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif: