28 İyul 2015 10:59

UEFA Avropada ilin qolu uğrunda mübarizə aparacaq 10 namizəd qolu açıqlayıb.

Qurumun saytının verdiyi xəbərə görə, UEFA-nın ekspertləri, texniki işçiləri, saytın yazarları, müxbirləri və redaktorları namizəd qolların sayını 10-a endirib.

Teleqraf.com xəbər verir ki, futbol azarkeşləri 2014-15 mövsümündə UEFA-nın təşkilatçılığı ilə keçirilmiş yarışlarda vurulmuş ən gözəl qolu müəyyənləşdirmək üçün 25 avqusta qədər səs verə bilərlər.

Səsvermənin nəticələri avqustun 27-də Monakoda UEFA çempionlar liqasının püşkatması zamanı elan ediləcək.

Teleqraf.com həmin videonu təqdim edir:

Rüstəm


Müəllif:
Загрузка...