28 İyul 2015 17:06
255

UEFA rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.

Teleqraf.com-un xarici mətbuata istinadən məlumatına görə, qitə futbol qurumunun başçısı namizədliyini 2 gün sonra rəsmən elan edəcək. Platininin 6 konfederasiyadan 4-nün dəstəyi ilə təmin olunduğu haqda məlumatlar yayılıb. Bir həftə öncə FİFA-nın İcraiyyə Komitəsi federasiyanın yeni prezident seçkisinin fevralın 26-da baş tutacağını və həmin müddətə qədər Blatterin quruma rəhbərlik edəcəyini açıqlamışdı.

Qeyd edək ki, mayın sonlarında FİFA tarixində görünməmiş qalmaqal baş vermişdi. Sürixdə federasiyanın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. DÇ-2010, DÇ-2018 və DÇ-2022-nin ev sahiblərinin müəyyənləşdirilməsində korrupsiya halı qeydə alındığı üçün İsveçrə polisi məsələ ilə bağlı cinayət işi açmışdı. Buna rəğmən Blatter mayın 29-da FİFA-nın konqresində növbəti dəfə prezident seçilsə də, 4 gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefa verdiyi açıqlamışdı.

Rüstəm


Müəllif: