29 İyul 2015 10:46
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində I turun oyunları keçirilib.

Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, moldovalı həmyaşıdları ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Vüsalə Seyfəddinova vurub.

Qeyd edək ki, turnir çərçivəsində II turun oyunları bu gün keçiriləcək. Yığmamız Latviya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.


Müəllif: