29 İyul 2015 11:38

Ağdamın "Qarabağ" klubu Şotlandiyanın "Seltik" komandası ilə oyun hazırdı.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya çempionu ilə qarşılaşacaq komanda oyunun keçiriləcəyi "Seltik Park"da sonuncu məşqinə çıxıb.

Ağdam klubu yerli vaxtla 19:45-də (Azərbaycan vaxtıyla 23:45) məşqə başlayıb. Komandanın hazırlıq prosesi 1 saat davam edib. Yağışlı hava şəraitində keçirilən məşqdə futbolçular yüngül hazırlıqla kifayətlənib.

"Seltik" - "Qarabağ` oyunu bu gün Azərbaycan vaxtıyla 23:45-də start götürəcək.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:
Загрузка...