29 İyul 2015 21:36
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trabzonspor" klubunun baş məşqçisi Şota Arveladze gözlənilməz qərar verib.

Gürcüstanlı mütəxəssis istefa verdiyini açıqlayıb.

Klubun idman direktoru Süleyman Hurma ilə "Trabzonspor"un qapıçısı Onur Kıvrak arasında yaşanan mübahisədən sonra qolkiper komandanın heyətindən uzaqlaşdırılıb. Bu hadisədən sonra S.Hurmanın istefa verdiyini açıqlaması Şota Arveladzenin də komandadan gedişinə səbəb olub.

Gürcüstanlı mütəxəssis qərarını belə izah edib: "Məni kluba Süleyman Hurma gətirib. Bir futbolçu intizamsızlıq edirsə, mənim komandada qalmağım düzgün olmaz". Arveladzenin qərarından xəbər tutan S.Hurma gürcüstanlı mütəxəssislə görüşərək ona sabah Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Rabotniçki" ilə oyunu gözləməyi məsləhət görüb. Arveladzenin bu təkliflə razılaşdığı bildirilir.

"Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu məsələ ilə bağlı bunları deyib: "Sabah çox önəmli oyunumuz var. Matçdan sonra bu barədə danışarıq. Komandamıza zərər dəyməsin".

/Qol.az/


Müəllif: