29 İyul 2015 19:54
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyün Britaniyanın nüfuzlu media qurumu olan BBC-nin saytında bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Seltik” – “Qarabağ” oyunu haqda geniş yazı dərc edilib.

Qol.Az-ın xəbərinə görə, yazıda müəllif Tom English Ağdam klubu haqda müsbət fikirlər ifadə edib.

“Ola bilər ki, “Seltik”in “Qarabağ” haqda məlumatı azdır. Bəlkə də onlar rəqibi yaxşı öyrənməyib. “Qarabağ” populyar komanda olmasa da, təhlükəlidir. Klub ötən mövsüm Avropa Liqasındakı çıxışı ilə özünə hörmət qazanıb” – yazan müəllif Ağdam klubunun ötən il qrupda bütün rəqibləri - “Dnepr”, “Sent-Etyen” və “İnter”lə oyunda xal qazanmasına diqqət çəkib. Eyni zamanda “Qarabağ”ın “Zalsburq”a Bakıda qalib gəldiyi, yalnız iki oyunun nəticəsinə əsasən,uduzaraq mübarizəni dayandırdığını xatırladıb.

“Qarabağ” “Seltik”ə real təhlükəli yarada biləcək komandadır” – deyə yazıda qeyd olunub.

Müəllif bukmeykerlərin “Qarabağ”ı autsayder kimi görməsini anlamadığını yazıb: “Bu məntiqi başa düşmək çətindir”.

Yazıda həmçinin qeyd olunub ki, bugünkü qarşılaşmada “Seltik”ə güclü dəstək olacaq: “Stadionda ən azı 40 min azarkeş komandalarına dəstək verəcək”.


Müəllif: