29 İyul 2015 21:55

Çempionlar Liqasının III təsnifat mərhələsində "Şaxtyor"la qarşılaşacaq "Fənərbaxça" cavab matçına ciddi itki ilə çıxacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Gökhan Gönül sıradan çıxıb.

"Şaxtyor"la ilk oyunöncəsi zədələn təcrübəli müdafiəçi dünənki oyunda komandasına kömək edə bilməyib. Onun mövqeyində Həsən Əli Kaldırımı oynatmaq məcburiyyətində qalan klubun baş məşqçisi cavab matçında da G.Gönülün xidmətindən yararlana bilməyəcək. Türkiyə millisinin üzvünün zədəsinin ciddi olduğu və onun ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, dünən evdə "Şaxtyor"la 0:0 bərabərə qalan "Fənərbaxça" avqustun 4-də Ukraynada cavab görüşünə çıxacaq.


Müəllif:
Загрузка...