30 İyul 2015 01:20

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Ağdam klubu Şotlandiyada “Seltik”in qonağı olub. Hər iki komandanın qarşılıqlı hücumları ilə başlayan matçın ilk hissəsində qol olmayıb. İkinci hissədə təzyiqi bir az da artıran "Qarabağ" səfər komandası olmağına baxmayaraq inamlı təsir bağışlayırdı. Ancaq ələ düşən vəziyyətlərdən istifadə edə bilməyən ağdamlılar sona yaxın cəzalandılar.


Qarşılaşmanın 82-ci dəqiqəsində Boyata ev sahiblərini önə keçirdi. Sonrakı dəqiqələrdə bütün cəhdlərə baxmayaraq başqa qol olmadı.

Minimal hesabla məğlub olan Qurban Qurbanovun yetirmələri cavab qarşılaşması üçün şanslarını saxlayırlar.

Qeyd edək ki, “Qarabağ” və “Seltik” arasında cavab oyunu avqustun 5-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
"Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0
Qol: Boyata, 82


Müəllif:
Загрузка...