30 İyul 2015 23:13
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, Bakının "İnter" klubu Bilbaoda "Atletik"in qonağı olacaq.

"Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandası bu uğurun davamını gətirməyə çalışacaq. Lakin "İnter"in rəqibi İspaniyanın iddialı klublarından olan "Atletik"dir.

2011/2012 mövsümündə Avropa Liqasının finalında oynayan "Atletik" bu görüşün favoriti hesab olunur. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının İspaniya klubuna necə müqavimət göstərəcəyi maraqla gözlənilir. "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.


Müəllif: