30 İyul 2015 19:52
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Fənərbaxça" - "Şaxtyor" (Donetsk) matçından sonra yaşanan olay şübhələrə səbəb olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Şükrü Saracoğlu" stadionda keçirilən görüşün portuqaliyalı hakimi Manuel Xorxe Neves və onun köməkçiləri arenadan hədiyyə ilə ayrılıb.

Avropa yarışlarında oyundan sonra meydan sahiblərinin hakimlərə hədiyyə verməsi təbii hal sayılır. Lakin portuqaliyalı referilərə hədiyyənin "Fənərbaxça" klubundan deyil, Donetsk təmsilçisi tərəfindən verilməsi görənləri təəccübləndirib.

Qeyd edək ki, "Fənərbaxça" - "Şaxtyor" oyunu 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab görüşü avqustun 4-də Ukraynada keçiriləcək.


Müəllif: