30 İyul 2015 23:20
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tbilisi 2015”də idmançılarımız daha 1 medal qazanıb.

ANS TV-nin məlumatına görə, yarışların növbəti günündə yığmamız 1 bürünc medalla sevindi. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov erməni rəqibi Tolik Badalyanı məğlub edərək təsəlliverici görüşə çıxdı. Burada o, İsraildən olan idmançı Amiç Boboviçə qalib gələrək bürünc medala sahib oldu.

66 kq çəkili həmyerlimiz Paşa Əliyevin də sonuncu rəqiblərindən biri erməni oldu. Cüdoçumuz Boris Şahveryanı mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda görüşə çıxa bildi. Burada isə o bütün səylərinə baxmayaraq rəqibi güclü azarkeş dəstəyi altında döyüşən Gürcüstan idmançısı Baqrat Niniaşviliyə qalib gələ bilmədi.

48 kq çəkili xanım idmançıların qrupunda yer alan cüdoçumuz Gültac Məmmədəliyeva da bürünc medalın bir addımlığınadək irəliləsə də istəyinə nail ola bilmədi.

Beləliklə “Tbilisi 2015” Gənclərin Avropa Olimpiya Festivalının üçüncü günü idmançılarımız bir bürünc medal qazanmaqla komanda hesabındakı medalların sayını 4-ə yüksəldə bildilər.


Müəllif: