31 İyul 2015 10:01
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yay Olimpiya Festivalında velosiped yarışları başa çatıb. Qeyd edək ki, nüfuzlu yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov mübarizə aparıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, iyulun 30-da təmsilçilərimiz 71 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.

Velosipedçilərimizdən ən yüksək nəticəyə Mikayıl Səfərov imza atıb - o, yarış qalibindən 1 dəqiqə, 38 saniyə geri qalmaqla 100 nəfər arasında 34-cü nəticə göstərib - 1 saat, 41 dəqiqə, 35 saniyə.

Kərim Şirəliyev 62-ci yeri tutub, Bakir Dadaşov isə toqquşma nəticəsində zədələndiyi üçün mübarizəni yarımçıq dayandırıb.


Müəllif: