1 Avqust 2015 01:46

Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.

Komanda yeni mövsümdən Türkiyə superliqasında mübarizə aparacaq "Antalyaspor"la qarşılaşıb. "Afyon Arena"da keçirilən matç “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 2:0.

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki yoxlama görüşlərində "Alanyaspor"la (Türkiyə) bərabərə (1:1) qalıb, “Əl-Fasali”yə (Səudiyyə Ərəbistan) qalib (2:1) gəlib.

Xatırladaq ki, "Antalyaspor" bu yay məşhur kamerunlu futbolçu Samuel Eto'onu transfer edib.Samuel Eto'o "Neftçi"yə qarşı matçda əsas heyətdə meydana daxil olub.

31 iyul

Yoxlama oyunu

22:45. "Neftçi" (Azərbaycan) - "Antalyaspor" (Türkiyə) - 2:0
Qol: Ruslan Qurbanov, 60, Fəhmin Muradbəyli, 88


Müəllif:
Загрузка...