18 Aprel 2014 14:35
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Dinamo" (Kiyev) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Oleq Bloxinin istefaya göndərilməsinin ardından boş qalmış posta komandada məşqçi kimi işləyən Sergey Rebrov gətirilib. O, mövsümün sonuna qədər "Dinamo"nu çalışdıracaq.

Qeyd edək ki, Rebrov futbolçu karyerası ərzində 1992-2000 və 2005-2008-ci illərdə “Dinamo”da çıxış edib. Xatırladaq ki, rəhbərlik Premyer Liqanın son turunda "Şaxtyor"a 0:2 hesablı məğlubiyyətdən sonra O.Bloxinlə yolları ayırmışdı.


Müəllif: